AZ

Cavanşir Məmmədovun ailəsinə sərt ittiham: “Son arzusunu yerinə yetirmədilər” - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov 2 ay öncə iştirak etdiyi verilişlərin birində vəsiyyətini açıqlamışdı. 

Mərhum sənətçinin vəsiyyəti insanlar arasında marağa səbəb olmuşdu. 

Bəs görəsən, onun bu vəsiyyətinə niyə əməl olunmadı?

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sualla Filologiya üzrə fəlsəfə doktoru Aqil Cəfərov çıxış edib. Amil Xəilin müəllifi olduğu "Gəl danış" verilişinin eksperti Cavanşir Məmmədovun vəsiyyətinin yerinə yetirilməməsinə etiraz edib:

"Mən Cavanşir Məmmədovla efirdən kənarda da kostyumla dəfn məsələsi barədə danışmışdım. Onun atası da incəsənət nümayəndəsi idi, o da kostyumla dəfn olunmuşdu. Cavanşir müəllim də efirdə qonaq olanda dönə-dönə bunu vurğulayıb vəsiyyət etdi ki, mən də bu cür dəfn olunmaq istəyirəm. Mənə çatmır ki, ailəsi niyə onun vəsiyyətini yerinə yetirmədilər? Bu onun vəsiyyəti idi. O, bu fikrində ciddi və qəti idi. Bunu yerinə yetirməyə nə mane oldu? Bu elə də böyük və ya əlçatmaz arzu deyildi. O cür kişinin vəsiyyətini yerinə yetirməli idilər ki, ruhu şad olsun".

Verilişdə qonaq olan Hacı Rahim isə məsələyə müdaxilə edərək vəsiyyətin yerinə yetirilməməsinin səbəbini açıqlayıb:

"Cavanşir Məmmədovun istəyi, vəsiyyəti ola bilər, amma elə vəsiyyətlər var ki, əgər şəriət bunu qəbul etmirsə, o vəsiyyət sayılmır. Ola bilər ki, onun istəyir bu olub, lakin ailə üzvləri, yaxınları biliblər ki, bu, şəriətə uyğun deyil".

Həmin kadrları təqdim edirik: 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44495
Abdullahianın cəsədi tapıldı - FOTO
33158
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
27634
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24786
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20180
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17894
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15170
Helikopterin qalıqları tapılıb
11787
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11715
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
8241
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8179
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6980
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6968
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5927
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5385
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
5092
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4469
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3977