AZ

“Qərb Ukrayna və Qəzzada münaqişələri qızışdırmaqla məşğuldur”- KƏNANİ

ABŞ və bir sıra Avropa ölkələri Ukrayna və Qəzzada münaqişələrin sona çatmasına kömək etmək əvəzinə, onlarl qızışdırmaqla, başqalarını ittiham etməklə məşğuldurlar.
Azpost.info xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
“Əgər ABŞ və Avropa səmimi qərarlılıq nümayiş etdirsələr, Ukraynada və Qəzzaya qarşı müharibələr qısa zamanda sona çatacaq, lakin ABŞ və bir sıra Avropa ölkələri müharibənin sona çatmasına kömək etmək əvəzinə, tarixin yanlış istiqamətində hərəkət etməkdə israrlıdırlar və başqalarını günahlandırmaqla vaxt itirirlər”, – Kənani bildirib.
O, Ukraynadakı münaqişədə Qərb ölkələrinin İran istehsalı silahlardan istifadə edilməsi ilə bağlı ittihamları bir daha rədd edib.
Azpost.info

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla