AZ

Əmək münasibətlərinə proaktiv e-nəzarət mexanizmi tətbiq olunur

Əmək münasibətlərinin rəqəmsallaşdırılması çərçivəsində əmək qanunvericiliyinə elektron nəzarət mexanizmi işlənib hazırlanıb və proaktiv e-nəzarət tədbirləri həyata keçirilir.

APA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan şəhərində “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda keçirilən, 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü və Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş konfransda bildirib.

Nazir diqqətə çatdırıb ki, əmək qanunvericiliyi üzrə e-audit modulu da hazırlanıb və pilot tətbiqinə başlanıb. İş yerlərinin attestasiyası modulu da artıq istifadəyə verilib.

2022-ci ildə işəgötürənlərin istifadəsinə verilən "Əmək və Məşğulluq" altsistemi (ƏMAS) işçinin işə qəbul prosesindən başlamaqla əmək sahəsində bütün münasibətlərin, əmək müqavilələrinin, kağız üzərində olan sənədləşmələrin, rəsmiləşdirmələrin e-platformaya keçidinə imkan yaradıb.

Bu altsistemin əməyin mühafizəsi ilə bağlı əlavə funksionallıq və imkanları da mövcuddur. Qanunvericilikdə olan dəyişikliklər və yeniliklər barədə ƏMAS üzərindən işəgötürənlərin mütəmadi məlumatlandırılması həyata keçirilir.

Seçilən
41
11
Mənbələr
Şərh ()
Bağla