AZ

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

Bakı, 25 aprel, AZƏRTAC

Qısa müddətdə ölkə üzrə əməkhaqqı fondunun təxminən 3 dəfə, minimum əməkhaqqının isə 2,8 dəfə artması böyük nailiyyətdir.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Sahibkarlar Günü” ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son beş ildə Azərbaycanda 4 sosial islahatlar paketi həyata keçirilib.

"Bu artım dinamikası əmək bazarının tənzimlənməsi, eləcə də, vətəndaşlarımızın daha layiqli məşğulluğunun təmin edilməsi üçün əsas istiqamətdir. Hazırda nazirliyin əsas məqsədlərindən biri korporativ sosial məsuliyyət layihələrinin sayının və çeşidinin genişləndirilməsidir", - deyə nazir əlavə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
11
Mənbələr
Şərh ()
Bağla