AZ

Məktəbliləri olduğu avtobuslar yük maşını ilə toqquşub: Xəsarət alanlar var

Fransada məktəbliləri daşıyan iki avtobusun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Kale şəhərində qeydə alınıb.

Məlumata görə, Almaniya və Fransadan olan məktəbliləri daşıyan iki avtobus yol qovşağında yük maşını ilə toqquşub. Nəticədə 26 məktəbli xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.

Bildirilir ki, ümumilikdə avtobuslarda yüzdən çox orta məktəb şagirdi olub.

 

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
Mənbələr
Şərh ()
Bağla