AZ

Premyer Liqa: 32-ci turun hakim təyinatları açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 32-ci turunun oyunlarına hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Turun açılış matçında – “Sabah”la “Səbail”in oyununda Elçin Məsiyev söz sahibi olacaq.

“Qəbələ” – “Kəpəz” oyunu İnqilab Məmmədova tapşırılıb. “Neftçi” – “Turan Tovuz” matçında Rəvan Həmzəzadə söz sahibi olacaq.

“Sumqayıt” –“ Qarabağ” qarşılaşması Rauf Cabbarova həvalə edilib.

Turun sonuncu oyun günündə keçiriləcək “Zirə” – “Araz-Naxçıvan” matçının baş hakimi isə Cavid Cəlilov olacaq.

Premyer Liqa
32-ci tur
27 aprel

“Sabah” – “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Rauf Allahverdiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
“Masazır Arena”, 18:00.

28 aprel

“Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu, 15:30.

“Neftçi” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Neftçi Arena”, 17:45.

“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Rauf Cavbarov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 20:00.

29 aprel

“Zirə” – “Araz-Naxçıvan”
Hakimlər: Cavid Cəlilov, Eyyub İbrahimov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.

Seçilən
37
49
Mənbələr
Şərh ()
Bağla