AZ

Taekvondoçularımızdan Prezident kubokunda 6 medal - FOTO

Estoniyanın paytaxtı Tallinndə taekvondo üzrə Prezident kubokuna start verilib.

İdman.biz xəbər verir ki, yarışın ilk günündə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının 6 idmançısı fəxri kürsüyə yüksəlib.

Yığmamızın heyətində bütün rəqiblərinə qalib gələn Novruz Əliyev (45 kq) qızıl medala sahib olub. Yalnız finalda məğlub olan Anar Abdullazadə (37 kq) və Çingiz Həsənov (53 kq) ikinci yeri tutublar. Gülay Əliyeva (44 kq), Gülnar Rəsulzadə (47 kq) və Sərxan Talıbzadə (65 kq) isə bürünc medala layiq görülüblər.

İdman.biz

Seçilən
20
11
Mənbələr
Şərh ()
Bağla