Prezident İlham Əliyev: “COP29 beynəlxalqictimaiyyət tərəfindən Azərbaycana olan böyükehtiramın və dəstəyin göstəricisidir”
Bu gün dünya miqyasında ekoloji problemlər müşahidəolunmaqdadır. Artıq bu qlobal problemlərin faciəvifəsadları özünü göstərməkdədir. Dövlətlər bununaradan qaldırılması üçün öz potensiallarını ortayaqoymalı və həyacan siqnalı çalmalıdırlar. Dünyadaqəbul olunmuş prinsiplər var. Beynəlxalq miqyasdahəmrəylik nümayiş olunmalıdır. Hər bir ölkə qlobalməsuliyyət hiss etməlidir. Bu baxımdan Azərbaycan da özünü bəşəri və sivil dünyanın bir hissəsi hesab edir.Elə buna görə də keçən il BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının – COP29-un Azərbaycandakeçirilməsi barədə qərarın qəbul olunması dünyadövlətləri tərəfindən çox böyük sevinclə qarşılanıb. Prezident İlham Əliyev 24 aprel 2024-cü ildə ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçünYaşıl Baxış” mövzusunda beynəlxalq forumdaçıxışında bu məqamlara da toxunub: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olanböyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyükməsuliyyətdir. Burada söhbət təkcə təşkilatiməsələlərdən deyil, nəticələrin əldə edilməsindən dəgedir”. Bu, Azərbaycanın trenddən geri qalmamasınınbariz nümunəsidir. COP29-ın Azərbaycanın dünyasiyasətinə əsaslı təsir imkanlarına malik olandövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığıngenişləndirilməsi, beynəlxalq qurumlarda mövqeləriningücləndirilməsinə müsbət təsiri olacaq. CənabPrezident çıxışında COP29-ın əhəmiyyətini belə izahedib: “Biz iqlim dəyişikliyi ilə mübarizə baxımındanCOP29-un uğurlu olmasını istəyirik. Eyni zamanda, bu, bizim üçün hekayəmizi diqqətə çatdırmaqfürsətidir. Bizim dünyaya deyəcək sözümüz çoxdur.Biz həqiqəti söyləməliyik və hesab edirəm ki, evsahibliyi etməyin üstünlüklərindən biri on minlərləqonağın gəlməsi olacaqdır. Onların əksəriyyəti burayailk dəfə səfər edəcək. Onlar iki həftə və hətta daha azvaxtda vəziyyəti qiymətləndirmək imkanı əldəedəcəklər. Özlərini necə hiss edirlər, ölkəni necəgörürlər və bizim planlarımızın nədən ibarət olduğunuöyrənəcəklər”. Dünyada baş verən iqlim dəyişikliyi iləbağlı bir sıra problemlərin aradan qaldırılmasıistiqamətində də Azərbaycanın müxtəlif dövlətlərləəməkdaşlığı müsbət effekt verir. Xüsusən yaşıliqtisadiyyatın yaranması, bu istiqamət üzrə yenibacarıq və biliklər haqqında Azərbayca təcrübəsi digərdövlətlər üçün maraqlıdır Azərbaycanda yaşıliqtisadiyyat davamlı olaraq inkişaf edir. Cəmiyyətekoloji problemləri həll etməyə və daha davamlıtəcrübələrə keçid etməyə çalışır. Təsadüfi deyildir ki, bu il Azərbaycanda “Yaşıl Dünya naminə Həmrəylikİli” elan olunub. “Yaşıl Dünya naminə Həmrəylik İli” dövlətlərin siyasi qərarlarının ətraf mühitə vəplanetimizə təsirini gücləndirəcəyinə əminik. Bütünbunlarla yanaşı, Azərbaycan yaşıl enerji ilə bağlıbeynəlxalq əməkdaşlığını genişləndirir. Bu baxımdandövlətimizin başıçısı deyib ki, İtaliya bizim ən yaxıntərəfdaşlarımızdan və dostlarımızdan biridir: “Avropaİttifaqında nəinki yaxşı və etibarlı tərəfdaşdır, bizimçox fəal siyasi əlaqələrimiz var. Mənim İtaliyayasəfərlərim və İtaliya Prezidentinin Azərbaycana səfəritərəfdaşlığımızın gözəl nümunəsidir. Bu gün İtaliyaQarabağda və Şərqi Zəngəzurda fəaliyyət göstərənaparıcı ölkələrdən biridir. Yaşıl enerji ilə bağlı biz İtaliya şirkətləri ilə işləməkdən məmnun olacağıq”.
COP29 kimi beynəlxalq tədbirlərin keçirilməsi hər birdövlətin üzərinə çox böyük məsuliyyət qoyur.Azərbaycanda bu günə qədər bir çox beynəlxalqtədbirlər keçirilib və təşkilatçılıq baxımından artıqAzərbaycan əhəmiyyətli təcrübəyə malikdir. COP29 da Azərbaycanın beynəlxalq aləmdə müsbət imicininformalaşmasında əhəmiyyətli rolu olacaq. Bu tədbirlədövlətimiz sülhsevər ölkə olduğunu bir daha dünyayagöstərəcək. Çünki Prezident İlham Əliyevin dediyikimi COP29 sülh prosesinin nəticəsidir: “BudəfəkiCOP-un mövzusu maliyyə olmasına baxmayaraq, evsahibi ölkə olaraq biz gündəliyə bir neçə əlavə edəbilərik və belə məsələlərdən biri sülh olacaqdır. Birincisi, ona görə ki, biz məhz sülh prosesi sayəsindəCOP29-a ev sahibliyi etmək hüququ qazandıq. Çünkiburada Ermənistan vetosunu aradan qaldırdı və biz dəqarşılıqlı addımlar atdıq. Burada söhbət təkcə COP-danvə ötən dekabrdan getmir. Burada aramızda etimadınyaranmasından söhbət gedir. Çünki ən böyük çağırışqarşılıqlı etimadın olmaması və ya onun çox aşağısəviyyədə olmasıdır. COP29-un Azərbaycandakeçirilməsi münaqişənin həll olunmasının və sülhdanışıqlarında irəliləyişin nəticəsidir”.
İnanırıq ki, COP29 da Azərbaycan dövləti tərəfindənböyük müvəffəqiyyətlə keçiriləcək. Artıq ötən ilinnoyabrından COP29 dünya mediasının gündəmindədir.Bu tədbir haqqında xarici mediada yazıların verilməsi, eyni zamanda dövlətimizin də təbliğatına xidmət edir.Bununla yanaşı, artıq müxtəlif ölkələrin ətraf mühit vəmedia ilə bağlı qurumları COP29-a dəstək bəyanatlarıyayırlar.
Azərbaycan tərəfindən irəli sürülmüş yeni təşəbbüslərtərəfdaş ölkələr tərəfindən qəbul olunub və icraedilməkdədir. Bu da Azərbaycanın növbəti onilliklərərzində uğurlu və sürətli inkişafını təmin edəcəyinəəsas verir.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent