AZ

"Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"

Məlum olduğu kimi, Azərbaycanın paytaxtı Bakı şəhəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək. 2024-cü ildə COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşürdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsini təklif edib. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da öz namizədliklərini irəli sürüb. 2023-cü il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Ofisi arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkdi. Bolqarıstan da bundan sonra öz namizədliyini geri götürdü və nəticədə dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirdi.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etmək üçün seçilməsi Azərbaycan Prezidentinin növbəti beynəlxalq qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrlik və Təhlükəsizlik Şurasına üzvlük kimi, dövlət başçısının xarici siyasətdə ən böyük uğurlarındandır. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dövlət başçısı bir daha bu spekulyasiyaları alt-üst etdi və Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilməyəcəklərini sübuta yetirdi. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Millət vəkili Pərvin Kərimzadənin dediyinə görə, Azərbaycan dünya miqyasında ən mühüm beynəlxalq tədbirlərdən birinin keçirilməsi ərəfəsindədir. Bu ilin payızında ölkəmiz COP29-a ev sahibliyi edəcək. Hazırda Azərbaycan bu mötəbər tədbirə ciddi şəkildə hazırlaşır. Aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum məsələnin önəmi barədə geniş fikir mübadiləsi aparmaq baxımından önəmli platforma oldu. Çünki forumda dünyanın müxtəlif nüfuzlu beyin mərkəzlərinin nümayəndələri iştirak edirdilər: "COP29-un ölkəmizdə keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana olan böyük hörmətinin və dəstəyinin təzahürüdür. Azərbaycanın COP29-a sədrliyi həm də ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsətidir. Forumda diqqət mərkəzində olan əsas məsələlərdən biri də Cənubi Qafqazda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasıdır. Azərbaycan Prezidenti vurğulayıb ki, COP29 üç Cənubi Qafqaz ölkəsi arasında ən azı məsləhətləşmələri aparmaq üçün fürsət yaradacaq və gələcək əməkdaşlıq üçün yol açacaq".

Millət vəkili bildirib ki, müstəqil Azərbaycan özünün hər cəhətdən müsbət reallıqları ilə dünyaya nümunəvi inkişaf modeli təqdim edir və COP29 ilə bunu bir daha həyata keçirəcək: "Bunun nəticəsidir ki, ölkəmizə və onun liderinə beynəlxalq səviyyədə böyük etimad və hörmət göstərilir. Prezident İlham Əliyev ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda ölkəmizin uğurlarının səbəblərindən danışıb. Bu xüsusda, fikirlərini ifadə edən dövlətimizin başçısı deyib ki, ölkəmiz heç vaxt Azərbaycan üçün potensial təhlükə yarada biləcək heç bir işə qoşulmayıb, hər zaman İran, Rusiya, Gürcüstan və Avropa, həmçinin qardaş Türkiyə ilə münasibətlərində ədalətli olub. Azərbaycanın uğurunun səbəbi də məhz bundadır. Uğurlu inkişafın təmin olunması üçün bir sıra fundamental amillər zəruri şərtlər qismində çıxış edir. Regional sabitlik və təhlükəsizlik də bu sırada yer alır. Prezident İlham Əliyev dəfələrlə özünün konstruktiv yanaşmasını diqqətə çatdıraraq bildirib ki, təcrid olunmuş hansısa ölkənin uğurlu inkişafı mümkün deyil, bundan ötrü mütləq regional səviyyədə qonşularla yaxşı münasibətlər qurmaq lazımdır. Hazırda Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşularla yüksək səviyyəli münasibətlərə malikdir. Eyni zamanda, respublikamızda tam daxili sabitlik mövcuddur. Azərbaycan məhz belə bir şəraitdə tərəfdaş dövlətlərin iştirakı ilə regional və qlobal əhəmiyyət daşıyan bir sıra transmilli layihələrin uğurla reallaşdırılmasına nail olub. Hazırda bu layihələr sayəsində regional inkişaf dəstəklənir və bütün tərəfdaş dövlətlər bundan faydalanırlar. Qeyd olunan layihələrdə Azərbaycanın tərəfdaşları sırasında bir qayda olaraq qardaş Türkiyə öndə gəlir. Bu gün ölkəmizin inkişafına təkan verən və çoxlu sayda tərəfdaş dövlətin bəhrələndiyi enerji və nəqliyyat layihələrinin təşəbbüskarı qismində məhz Azərbaycan çıxış edir. Hazırda Azərbaycan şaxələndirilmiş nəql marşrutları ilə Gürcüstanın, qardaş Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verir".

Millət vəkili Hikmət Babaoğlu qeyd edib ki, COP29 qlobal iqlim dəyişikliyi ilə bağlı keçirilən dünyanın ən mühüm tədbirlərindən biridir. Bu gün qlobal iqlim dəyişikliyi dünyanın bütün ölkələrini bu və ya digər dərəcədə təhdid edir və ərzaq məhsulları qıtlığı, ekoloji problemlərlə bağlı çox böyük fəsadlar yaradı. Onun dediyinə görə, iqlim dəyişikliyinə qarşı bütün dünyanın səfərbər olması və lazımi işlərin görülməsi olduqca aktual məsələdir: "2015-ci ilin dekabr ayında BMT iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına üzv olan ölkələrin konfransı keçirildi və dünya ölkələrinin bu problemə qarşı birgə mübarizə aparmaları ilə bağlı razılıq əldə olundu. Nəhayət, dünyanın 171 ölkəsi bu sənədə imza ataraq, prosesdə birgə səy göstərməyə hazır olduğunu bildirdi. Artıq 29-cu belə tədbir keçiriləcək. Bu il isə mühüm əhəmiyyətli konfrans ölkəmizdə baş tutacaq və 30-dan çox ölkənin tədbirə qatılması gözlənilir. Nəzərə almaq lazımdır ki, tədbirə qatılanlar içərisində dövlət başçıları, eynəlxalq təşkilat rəhbərləri, nazirlər və digər dövlət rəsmiləri yer alacaq. Bu səbəbdən də konfransda çox ciddi qərarlar alınacağı, mühüm məsələlərin müzakirə olunacağı aydındır. Belə bir tədbirin keçirilməsi isə iki mühüm xarakteri ilə seçilir. Birincisi, ev sahibi olan ölkəyə etimad məsələsi, ikinci isə ev sahibi olan ölkənin belə böyük bir tədbir keçirməklə bağlı təşkilatçılıq məsələlərinin icra edə bilməsi ilə bağlıdır. Azərbaycan etibarlı tərəfdaş olmaqla bərabər, həm də bu gün dünyanın ən təhlükəsiz ölkələrindən hesab olunur. Dövlət başçısı da tədbirin əhəmiyyətindən danışaraq, ADA universitetində keçirilən beynəlxalq konfransda Azərbaycanın COP29-u yüksək səviyyədə keçirəcəyi ilə bağlı fikirlərini səsləndirdi".

Millət vəkili Musa Quliyevin sözlərinə əsasən, COP29 indiyə qədər Azərbaycanın təşkil etdiyi və ölkədə keçirilən ən böyük, ən izdihamlı tədbir olacaq. Bu tədbirdə 60 mindən çox adamın iştirak edəcəyi proqnozlaşdırılır: "Bu tədbirin keçirilməsi ölkəmiz üçün olduqca böyük hadisədir. Birinci növbədə COP29 BMT-nin İqlim Dəyişikliyi üzrə xüsusi layihəsi, xüsusi komissiyasının təşkil etdiyi dünyada ekologiyanın qorunması, istiləşmənin qarşısının alınması, karbonun havada azalması və yaşıl enerjiyə yaşıl işıq yandırması, təbiətin mühafizəsi ilə bağlı, insan sağlamlığının qorunmasına xidmət edən tədbirdir. İndiyə qədər 28 tədbir keçirilib. Sonuncu tədbir Dubayda keçirilmişdi. Azərbaycanda keçirilən tədbir də 29-cudur. Rəqəm bu tədbirlərin sayını göstərir. Bu tədbirin ölkəmiz üçün olduqca böyük əhəmiyyəti var. Birinci növbədə Azərbaycanı dünya miqyasında tanıtmaq üçün Azərbaycanın gücünün, nüfuzunun, ölkədə görülən işlərin, aparılan layihələrin və perspektivlərin dünya, bəşəriyyətə çatdırmaq üçün olduqca vacib hadisədir. Digər tərəfdən təbiətin mühafizəsi sahəsində Azərbaycan da bir neft ölkəsi olaraq öz töhfəsini verdiyini dünyaya göstərməlidir. Çünki neft ölkələrinin çoxunu ittiham edirlər ki, torpağı korlayırlar, neft sıxıntıları, yaxud tullantıları ilə, radioaktivlik yüksəlir və sair. Eyni zamanda neft və qazdan enerjinin alınması prosesində havaya çoxlu karbon qazı buraxılır. Bu da təbiətin ziyanına işləyir. Belə olan halda Azərbaycanın belə bir tədbiri keçirməsi bir daha göstərəcək ki, Azərbaycan neft və qaz ölkəsi olmasına baxmayaraq, həm ətraf mühitin mühafizəsi, həm təbiətin qorunması, həm havanın, torpağın çirklənməsindən mühafizəsi Azərbaycan tərəfindən yüksək səviyyədə həyata keçirilir. Digər tərəfdən ölkəmizin beynəlxalq aləmdə daha güclü tərəfdaş kimi tanınmasına olduqca böyük dəstək verəcəkdir. COP29-da demək olar ki, dünyanın bütün ölkələrinin nümayəndələri iştirak edəcəklər. Ölkə rəhbərləri səviyyəsində təmsilçiliklər olacaqdır. Bu, həm də bölgədə indiki zamanda mürəkkəb hərbi-siyasi zamanda Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu dünyaya göstərəcək. İqtisadi cəhətdən də gələcək üçün böyük perspektivlər vəd edən tədbirdir. COP29-da iştirak edən ölkələr, o ölkələrin biznes adamları, ölkənin müvafiq dövlət və hökumət qurumları öz aralarında, Azərbaycanla müqavilələr bağlaya bilərlər. Azərbaycanın biznes və turistik əhəmiyyətini artıran tədbirdir. Tədbirə gələcək 60 mindən çox qonağın hər biri Azərbaycandan xoş təəssüratla gedəcəksə, Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixini tanıyaraq öz ölkələrində də təbliğ etmək imkanları yaranacaq. Azərbaycanın ən böyük qarşıdakı perspektivlərindən biri Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etmək, orada ekoloji təmiz həyatı qurmaq, xüsusilə, "ağıllı kənd", "ağıllı şəhər" layihələri həyata keçirməkdir. Yaşıl artım ölkəsinə çevirməklə bölgə və ölkəmiz üçün COP29-dan alınan nəticələrin də böyük əhəmiyyəti olacaqdır. Azərbaycanın sürətli inkişafı, bu inkişaf fonunda həm də təbiəti, ekologiyanı qorumaq niyyətlərinin nə qədər real olduğu dünya ictimaiyyətinə çatdırılacaqdır".

Sevinc QARAYEVA

 






















Bizi İnstagramda izləyin

Seçilən
126
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
20998
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
19302
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
18249
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
17647
Çingiz Mustafayevin toyudur - FOTOLAR
16752
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
16553
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
16092
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
15467
4 ailə üzvünü öldürən polisin mesajları yayıldı - FOTO
11953
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
11259
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
8951
"Zaur, yenə çaşdın..." - VİDEO
8863
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
8235
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
7988
Elçin boşandığını etiraf etdi - FOTOLAR
7491
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
7138
Minimum əmək haqqı nə qədər arta bilər?
7072
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
6328
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
5746