AZ

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Bakı, 27 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin musiqisi və yazıçı-folklorşünas Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında “Bir qalanın sirri” tamaşası səhnəyə qoyulur.

Teatrdan AZƏRTAC-a bildirilib ki, uzun hazırlıq prosesindən sonra əsərin kino variantının səhnəyə köçürülməsi işini quruluşçu rejissor Elməddin Dadaşov, böyük bəstəkarın ecazkar musiqisinin Musiqili Teratrın simfonik orkestrinə uyğunlaşdırması işini isə, bəstəkar, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev yerinə yetirib.

Səhnə əsərinin bədii rəhbəri fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Tamaşada Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasiyev, İqrar Salamov, Prezident mükafatçıları Səməd Xasiyev, Hüseyn Əlili, Əmrah Dadaşov, Mehriban Zaliyeva, aktyorlar Şaban Cəfərov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elçin İmanov, Nicat Həbibov, Sübhan Rüstəmov, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov rol alıblar. Kütləvi səhnələrdə teatrın xor və balet artistlərinin çıxışları da nəzərdə tutulub.

“Bir qalanın sirri”ndə döyüş səhnələrinin təşkili Xalq artisti Pərviz Məmmədrzayevə həvalə olunub.

Seçilən
67
4
Mənbələr
Şərh ()
Bağla