AZ

Qarabağdan çıxan Rusiya hərbçiləri bu şəhərə köçürülür

Bir müddət əvvəl Qarabağı tərk edən Rusiya sülhməramlı kontingenti Ukraynaya qarşı müharibəyə qatılır.

Yenisabah.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “MÜHARİBƏYƏ YOX!” layihəsi aprelin 25-də rus ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Qarabağda sülhməramlı missiyanı yerinə yetirmiş hərbi qulluqçuların Rusiya – Ukrayna cəbhəsinə göndərilməsi planlaşdırılır. Onlar Ukrayna cəbhəsinin “ən qaynar” sektorlarından birinə – Avdeevka yaxınlığına yerləşdirilə bilər.

Artıq hərbçilər Moskva üzərindən Rostov-na-Dona, Ukrayna sərhəddinə daşınır.  Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən hərbçilər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnirlər.

Kontingent kiçik silahlar, zirehli personal daşıyıcıları və bir neçə helikopterlə silahlanmış 2 mindən az əsgərdən ibarətdir.


Telegram kanalımız
Seçilən
48
2
Mənbələr
Şərh ()
Bağla