- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Bir müddət əvvəl Qarabağı tərk edən Rusiya sülhməramlı kontingenti Ukraynaya qarşı müharibəyə qatılır.
Yenisabah.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın “MÜHARİBƏYƏ YOX!” layihəsi aprelin 25-də rus ordusundakı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Qarabağda sülhməramlı missiyanı yerinə yetirmiş hərbi qulluqçuların Rusiya – Ukrayna cəbhəsinə göndərilməsi planlaşdırılır. Onlar Ukrayna cəbhəsinin “ən qaynar” sektorlarından birinə – Avdeevka yaxınlığına yerləşdirilə bilər.
Artıq hərbçilər Moskva üzərindən Rostov-na-Dona, Ukrayna sərhəddinə daşınır. Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən hərbçilər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnirlər.
Kontingent kiçik silahlar, zirehli personal daşıyıcıları və bir neçə helikopterlə silahlanmış 2 mindən az əsgərdən ibarətdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.