AZ

Ağsuda həkimə və ambulans sürücüsünə xəsarət yetirən şəxs həbs olundu

Bir neçə gün öncə Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs həbs olunub.

Yenicag.az xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən rayon sakini Samit Hüseynov barəsində üç aylıq həbs qərarı verilib.

Qeyd edək ki, hadisə aprelin 17-də baş verib. Həmin gün Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları – həkim-feldşer, 1962-ci il təvəllüdlü – Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb./Qafqazinfo/

Seçilən
29
6
Mənbələr
Şərh ()
Bağla