Bir neçə gün öncə Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirən şəxs həbs olunub.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, əməli törətməkdə şübhəli bilinən rayon sakini Samit Hüseynov barəsində üç aylıq həbs qərarı verilib.
Qeyd edək ki, hadisə aprelin 17-də baş verib. Həmin gün Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun