AZ

Qarabağdan olan rus sülhməramlıları Avdeyevkaya köçürülür

Bir müddət əvvəl Qarabağı tərk edən Rusiya sülhməramlı kontingenti Ukraynaya qarşı müharibəyə qatılır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın “MÜHARİBƏYƏ YOX!” layihəsi aprelin 25-də rus ordusundakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Qarabağda sülhməramlı missiyanı yerinə yetirmiş hərbi qulluqçuların Rusiya – Ukrayna cəbhəsinə göndərilməsi planlaşdırılır. Onlar Ukrayna cəbhəsinin “ən qaynar” sektorlarından birinə – Avdeevka yaxınlığına yerləşdirilə bilər.

Artıq hərbçilər Moskva üzərindən Rostov-na-Dona, Ukrayna sərhəddinə daşınır.  Ukraynaya qarşı müharibədə iştirakdan imtina edən hərbçilər cinayət məsuliyyətinə cəlb edilməklə hədələnirlər.

Kontingent kiçik silahlar, zirehli personal daşıyıcıları və bir neçə helikopterlə silahlanmış 2 mindən az əsgərdən ibarətdir. Ə

Günel Mikayılova,

KONKRET.az

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla