ABŞ-da hələ Ukraynaya verilə biləcək pulsuz "Patriot" hava hücumundan müdafiə sistemləri yoxdur.Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib."Amerika Patriot sistemləri hazırda bütün dünyada, o cümlədən Yaxın Şərqdə ABŞ qoşunlarını qorumaq üçün yerləşdirilib. Əgər əlavə Amerika batareyalarını boşalda bilsək, onları (Ukraynaya - red.) göndərəcəyik", - Sallivan söyləyib.Sallivan əlavə edib ki, ABŞ Avropa və dünyanın digər regionlarındakı tərəfdaşlarını Kiyevi mövcud hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə inandırmaq niyyətindədir.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta