AZ

KİV: Türkiyə Prezidentinin ABŞ-yə səfəri təxirə salınıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-yə planlaşdırılan səfəri təxirə salınıb.

APA-nın xəbərinə görə, bu iddia ilə “Bloomberg” çıxış edib.

Bildirilib ki, buna rəsmi Ankaranın müvafiq müraciəti səbəb olub.

Qeyd edək ki, hər iki lider arasında sonuncu görüş NATO-nun ötən ilin iyulundakı Vilnüs sammitində baş tutub.

Seçilən
75
7
Mənbələr
Şərh ()
Bağla