AZ

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Bakı, 26 aprel, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 11 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunub.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu sahədə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

Tədbirdə suallar ətrafında geniş müzakirələr aparılıb və Dövlət Komissiyasının işçi qrupunun hazırladığı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

 

Seçilən
12
1
Mənbələr
Şərh ()
Bağla