AZ

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Bakı, 26 aprel, AZƏRTAC

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında birgə imzalanmış Tədbirlər Planının icrası çərçivəsində 10 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda növbəti maarifləndirmə tədbiri təşkil olunub.

Bu barədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan AZƏRTAC-a məlumat verilib.

Bildirilib ki, tədbirdə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ekspert-həkimi, Səhiyyə Nazirliyi Bakı şəhər Narkoloji Mərkəzinin həkim-narkoloqu, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşları iştirak ediblər.

Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikası, eyni zamanda, narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu sahədə mübarizənin gücləndirilməsi yolları, zərərli vərdişdən ziyan çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, həmçinin QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması haqqında ətraflı məlumat verilib.

Suallar ətrafında geniş müzakirələr aparılıb və Dövlət Komissiyasının işçi qrupunun hazırladığı zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
1
azertag.az

2Mənbələr