İsveç Rusiya və Belarusla quru sərhədləri olan Baltikyanı ölkələrdə NATO qüvvələrinin yerləşdirilməsi çərçivəsində Latviyaya qoşun göndərmək planlarını həyata keçirməyə davam edəcək.
Reyting.az xəbər verir ki, bunu İsveçin baş naziri Ulf Kristersson Latviyanın baş naziri Evika Silina ilə birgə mətbuat konfransında deyib.
“Məqsəd bu qüvvələrin gələn ilin əvvəlindən fəaliyyətə başlamasıdır”,- deyən Kristersson əlavə edib ki, bu qüvvəyə zirehli maşınlar və “Leopard” tankları daxildir.
Xatırladaq ki, İsveç ötən ay NATO-ya üzv olub və alyansın 32-ci üzvü olub.
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.