AZ

Blinkenin Çinə səfərindən sonra5 maddə üzrə razılıq əldə oldu

ABŞ dövlət katibi Antoni Blinkenin Çinə rəsmi səfəri zamanı təmasları nəticəsində iki ölkə arasında 5 maddə üzrə razılıq əldə olunub.   Manset.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanətə görə, tərəflər 2023-cü ilin noyabrında San-Fransiskoda keçirilən görüşdə ABŞ Prezidenti Co Bayden və Çin Sədri Si Cinpinin əldə etdikləri anlaşmaya uyğun olaraq iki ölkə arasında münasibətləri inkişaf etdirmək barədə razılığa gəliblər.  Tərəflər yüksək səviyyəli danışıqların və bütün səviyyələrdə təmasların davam etdirilməsinə razılıq verərək, yenidən işə salınmış və yeni yaradılmış diplomatik, iqtisadi, maliyyə və kommersiya məsləhətləşmə mexanizmlərini, iki ölkənin hərbçiləri arasında kommunikasiyanı, birgə işgüzar fəaliyyətini davam etdirəcəklərini bildiriblər. Qeyd edilib ki, Çin-ABŞ Hökumətlərarası Süni İntellekt Dialoqunun ilk iclasını, Çin-ABŞ Asiya-Sakit Okean Məsləhətləşmələrinin, Dəniz Məsləhətləşmələrinin və Konsulluq Məsləhətlərinin yeni raundlarını keçirəcəklərini və Çin-ABŞ ikitərəfli münasibətlərində rəhbər prinsiplər üzrə məsləhətləşmələri təşviq edəcəklər. ABŞ tərəfi Çinin yeni təyin olunmuş İqlim Dəyişikliyi üzrə Xüsusi Nümayəndəsi Liu Jinmin-in səfərini alqışlayacaqlarını bildirsə də, tərəflər Narkotiklərlə Mübarizə İşçi Qrupunun yüksək səviyyəli iclasını keçirəcəklərini qeyd ediblər. Həmçinin hər iki tərəf xalqlar arasında qarşılıqlı əlaqələri genişləndirmək üçün addımlar atacaqlarını, iki ölkənin bir-birindən tələbələri qəbul edəcəyini və may ayında Çinin Sian şəhərində 14-cü ABŞ-Çin Yüksək Səviyyəli Turizm Dialoqu görüşünü keçirəcəklərini açıqlayıblar. . Beynəlxalq və regional böhranlarla bağlı məsləhətləşmələri davam etdirəcəklərini bildirən tərəflər xüsusi nümayəndələri arasında dialoqu gücləndirəcəklərini bəyan ediblər. Jalə

Manşet.az

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla