AZ

"Met-AK" barəsində inzibati protokol tərtib olundu

Mərkəzi Bank "Met-AK" MMC-yə cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, mağazalar şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoyun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə

Seçilən
2
4
Mənbələr
Şərh ()
Bağla