AZ

Mərkəzi Bank "Oba Market"ə cərimə yazdı

Mərkəzi Bank "Oba Market" MMC-yə cərimə protokolu yazıb.

E-huquq.az-ın məlumatına görə, mağazalar şəbəkəsi barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İş Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə

Seçilən
60
4
Mənbələr
Şərh ()
Bağla