AZ

Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrailin 203 gündür hücum etdiyi Qəzzada ölənlərin sayı 34 356 nəfərə çatıb

İsrail ordusunun 203 gündür hücumlarını davam etdirdiyi Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 51 nəfər artaraq 34 min 356 nəfərə çatıb.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumları barədə məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına həyata keçirdiyi hücumlarda daha 51 fələstinlinin həlak olduğu, 75 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edildi ki, İsrailin Qəzza zolağına 203 gün ərzində həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 34 min 356 nəfərə, yaralıların sayı isə 77 min 368 nəfərə çatıb.


BiG.Az
Seçilən
97
21
Mənbələr
Şərh ()
Bağla