AZ

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

İspaniya

Bakı, 26 aprel, AZƏRTAC

İspaniya Kral Futbol Federasiyasının (RFEF) yeni prezidenti məlum olub.

AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Pedro Roça seçilib.

Assambleya üzvlərinin əksəriyyəti yeganə namizəd olan P. Roçaya səs veriblər.

Qeyd edək ki, funksioner bu postda Luis Rubialesi əvəzləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
azertag.az

1Mənbələr

Şərh ()
Bağla