AZ

"Azərkosmos" “Türksat”la kommersiya müqaviləsi BAĞLADI

Türkiyənin Ankara şəhərində keçirilən Mərkəzi Asiya regionunun kosmik agentlik rəhbərlərinin Kosmik Texnologiyalar Konfransında (STC2024) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyi ("Azərkosmos") ilə Türkiyənin peyk operatoru “Türksat” arasında kommersiya müqaviləsi imzalanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə apa-ya Agentlikdən bildirilib.

 

Bu əməkdaşlıq sayəsində “Türksat” “Azerspace-2” peykinin resurslarından Afrika bölgəsində data layihələrində istifadə edəcək. Paralel olaraq "Azərkosmos" da “Türksat”ın yeni peyk texnologiyalarından faydalana biləcək.

 

Qeyd edək ki, Ankarada Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir. Beynəlxalq konfransda iştirakçılar arasında “Türksat”, “Maxar”, “Axiom”, “Space”, “Eutelsat”, “İntelsat”, “Satvu”, “Uztelecom” və digər qlobal və regional kosmik şirkətlər yer alıb.

 

“STC 2024” proqramı çərçivəsində plenar sessiya və müzakirələr keçirilir. Konfransda “Mərkəzi Avrasiyanın kosmik ekosisteminin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları” adlı plenar sessiyada "Azərkosmos"un yeni peyk layihələri, iqlim dəyişikliyi üzrə hazırlanmış rəqəmsal platformasından bəhs olunub. "Azərkosmos"un əsas hədəflərindən biri də kosmik sahədə regional əməkdaşlığın gücləndirilməsi olduğu iştirakçıların diqqətinə çatdırılıb.

 

"Azərkosmos"la yanaşı, plenar sessiyada Türkiyənin “Türksat”, Pakistanın “SUPARCO”, Birləşmiş Ərəb Əmirliklərinin kosmik agentliyi, Özbəkistanın “Uzbekcosmos”, Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerkosmik Sənayesi Nazirliyinin rəhbərləri öz milli kosmik sektorlarının fəaliyyəti, inkişafı və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi imkanları ilə bağlı məlumatları bölüşüblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
10
sfera.az

10Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh