AZ

Türkiyədə fahişəliyə məcbur edilən qadınlar xilas edildi - Saxlanılanlar var

Türkiyənin Şanlıurfa vilayətində polis qrupları tərəfindən həyata keçirilən əməliyyatda fahişəliyə məcbur edilən 11 qadın xilas edilib.

BAKU.WS "Hürriyet.com"a istinadən xəbər verir ki, 9 şübhəli saxlanılıb.

Məlumata görə, polis şəhərdəki bəzi qadınların saxlandıqları evlərdə fahişəliyə məcbur edildiyi xəbəri üzərinə araşdırmalara başlyıb.

Şəhərin mərkəzində 6 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı fahişəliyə məcbur edilən 11 əcnəbi qadın xilas edilib. 

Əməliyyat zamanı qadınları fahişəliyə məcbur etdiyi iddia edilən 3-ü qadın olmaqla 9 şübhəli saxlanılıb.

Seçilən
26
Mənbələr
Şərh ()
Bağla