Türkiyənin Şanlıurfa vilayətində polis qrupları tərəfindən həyata keçirilən əməliyyatda fahişəliyə məcbur edilən 11 qadın xilas edilib.
BAKU.WS "Hürriyet.com"a istinadən xəbər verir ki, 9 şübhəli saxlanılıb.
Məlumata görə, polis şəhərdəki bəzi qadınların saxlandıqları evlərdə fahişəliyə məcbur edildiyi xəbəri üzərinə araşdırmalara başlyıb.
Şəhərin mərkəzində 6 ünvanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı fahişəliyə məcbur edilən 11 əcnəbi qadın xilas edilib.
Əməliyyat zamanı qadınları fahişəliyə məcbur etdiyi iddia edilən 3-ü qadın olmaqla 9 şübhəli saxlanılıb.