AZ

BDU-da “Türk otağı” açılıb - FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) “Türk otağı” açılıb.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev “Türk otağı”nın açılmasının Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin daha da inkişafı naminə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, BDU-da Türkiyə üzrə, türk dili, ədəbiyyatı, tarixi ilə bağlı fənlər tədris olunur, elmi tədqiqatlar aparılır. Məzunlarımız ölkəmizi həm elmi, mədəni, həm də siyasi sahədə təmsil edirlər. Türk otağında olan ədəbiyyat, əyani vəsaitlər Türk filologiyası, regionşünaslıq (Türkiyə üzrə) ixtisası üzrə kadr hazırlığına töhfə verəcəkdir.
 
Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç, Türkiyə səfirliyinin müşavirləri Zeynəb Kıvılcım və Muhittin Macit, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov çıxışlarında qeyd ediblər ki, BDU-da “Türk otağı”nın açılması Azərbaycan-Türkiyə qardaşlığına, iki ölkənin elmi, mədəni əlaqələrinə böyük töhfədir və strateji mahiyyət daşıyır. Türk dünyasının bir hissəsi olan Azərbaycan qardaş ölkənin regionunun, dilinin, mədəniyyətinin təbliği sahəsində genişmiqyaslı işlər aparır. Türk filologiyası kafedrası da bu əhəmiyyətli prosesin əsas dəstəkçilərindəndir. “Türk otağı”nın açılması tələbələrin tədris prosesində türk mühiti ilə daha yaxından təmasda olması üçün əhəmiyyətlidir.
 
 
 
Seçilən
10
1
Mənbələr
Şərh ()
Bağla