AZ

BDU-da “Türk otağı” açılıb

Bakı, 26 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) “Türk otağı” açılıb.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

Açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev “Türk otağı”nın Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin daha da inkişafı naminə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, BDU-da türk dili, ədəbiyyatı, tarixi ilə bağlı fənlər tədris olunur, elmi tədqiqatlar aparılır. “Türk otağı”nda olan ədəbiyyat, əyani vəsaitlər türk filologiyası, regionşünaslıq (Türkiyə üzrə) ixtisası üzrə kadr hazırlığına töhfə verəcək.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç, Türkiyə səfirliyinin müşavirləri Zeynəb Kıvılcım və Muhittin Macit, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov çıxışlarında qeyd ediblər ki, BDU-da “Türk otağı”nın açılması Azərbaycan-Türkiyə qardaşlığına, iki ölkənin elmi, mədəni əlaqələrinə böyük töhfədir və strateji mahiyyət daşıyır. Türk dünyasının bir hissəsi olan Azərbaycan qardaş ölkənin regionunun, dilinin, mədəniyyətinin təbliği sahəsində genişmiqyaslı işlər aparır. Türk filologiyası kafedrası da bu əhəmiyyətli prosesin əsas dəstəkçilərindəndir. “Türk otağı”nın açılması tələbələrin tədris prosesində türk mühiti ilə daha yaxından təmasda olması üçün əhəmiyyətlidir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla