Əgər Ermənistanın başqa mənbələrdən, daha ucuz və sərfəli qiymətə qaz alması lazım və məqsədəuyğundursa, o zaman bu imkanı müzakirə olunmalıdır. Bunun əksini iddia etmək, fikrimcə, dövlət maraqlarına ciddi şəkildə zərbə vurmaqdı.
Herbiand.az xəbər verir ki, bu sözləri jurnalistlərlə açıqlamasında deputat Babken Tunyan bildirib.
“Rusiya və Azərbaycan qazına gəlincə, qazdan istifadə edən ölkəni qaz mənbəyindən ayırmaq çox çətindir. Yəni ola bilər ki, bizim Rusiya ilə müqavilə bağlayıb Rusiyadan qaz alırıq, amma bu kəmərdəki qazın bir hissəsi Azərbaycan qazıdır. Bu texniki məsələdir”.
Həmçinin Babken Tunyan qeyd edib ki, hazırda İranla yeni qaz kəmərinin çəkilməsi variantı müzakirə olunmur və buna ehtiyac yoxdur”.
Qeyd edək ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan Azərbaycandan qaz ala biləcəklərini bildirmişdi və bu parlament üzvləri tərəfindən birmənalı qarşılanmışdı.
Emin ŞİRVANZADƏ