- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda futzal yarışlıarı ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Bakı” MFK – “Dəstə Ordubad” oyununda “Dəstə Ordubad”ın qapıçısı Emil İsrəfilov oyunun 2-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılıb.
“Record” – “Araz Naxçıvan” oyunu “Record” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmayıb. Buna görə “Record” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib. Bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Record” komandası yarışlardan kənarlaşdırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.