Smartfonlar Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilir? – Tam siyahı
Bu ilin ilk iki ayı ərzində Azərbaycana xarici ölkələrdən 61 milyon 158,5 min dollar dəyərində 222 min 384 ədəd smartfon gətirilib. Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk iki ayında idxal etdiyimiz smartfonun miqdarı 45% və ya 68 min 706 ədəd artıb. Məlumat üçün qeyd edək ki, bu ilin yanvar-fevral aylarında idxal olunan smartfonların dəyəri ötən ilin eyni dövründə idxal olunanlarla müqayisdədə 2,4% ucuzlaşıb. Smartfonların 1 ədədinin orta gömrük dəyəri ötən ilin yanvar-fevral aylarnda 281 dollar (478 manat) olduğu halda, bu ilin ilk iki ayında 275 dollara (467 manat) düşüb. Azərbaycana smartfonlar ən çox Çindən gətirib. Bu ölkədən Azərbaycana 2 ay ərzində 168 min 905 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Koreyadan gətirilib. Yanvar-fevral ayları ərzində Koreyadan cəmi 1 smartfon idxal edilib. Bu ilin yanvar-fevral aylarında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və 1 ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub: Çin – 168 905 ədəd (261 dollar) Vyetnam – 36 295 ədəd (342 dollar) Hindistan – 16 058 ədəd (215 dollar) ABŞ – 952 ədəd (1 170 dollar) İndoneziya – 75 ədəd (303 dollar) Birləşmiş Ərəb Əmirlikləri – 38 ədəd (1 158 dollar) Fransa – 26 ədəd (466 dollar) Tailand – 20 ədəd (685 dollar) Malayziya – 14 ədəd (1 508 dollar) Koreya – 1 ədəd (1 420 dollar)
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.