AZ

Qonşu ölkədə piylənmə ilə bağlı kritik durum:Avropada birinci yerdədir

Türkiyədə hər 100 nəfərdən 59-da artıq çəki problemi var.

Medicina.az xəbər verir ki, qonşu ölkədə piylənmə problemi günü-gündən artır.

Hazırda Türkiyə piylənmə nisbətlərinə görə, Avropa birincisidir. Kişilərin 30 faizində, qadınların isə 40 faizində piylənmə problemi var.

Piylənmənin yaratdığı problemlər çoxdur. Bunlardan ən birincisi isə ürək-damar xəstəlikləridir. Hər il dünyada 5 milyon insan piylənmə ilə bağlı səbəblərdən ölür.

Türkiyə Endokrinologiya və Metabolik Xəstəliklər Dərnəyinin araşdırmasına görə, kişilərin 78 faizində, qadınların isə yüzdə 80 faizində lipid, yəni qandakı yağ nisbətində anormallıq var.

Dərnəyin araşdırma katibi, Prof. Dr. İbrahim Şahin bildirir ki, ölkədə yeniyetmələr piylənmənin ən çox artım göstərdiyi qrupdur.

“Son 10-20 ildə Türkiyədə şəkərli diabetin yayılması təxminən iki dəfə artıb. Bu, daim artan tendensiyadadır. Səbəblər çoxdur, amma onlardan biri də sürətlə kökəlməyimizdir”, - deyə İbrahim Şahin qeyd edib.

Dərnəyin prezidenti Prof. Dr. Mustafa Cesur isə ölkədəki kritik vəziyyəti belə izah edib:

“Lipidlər əslində bədənimizdəki yağlardır. Cəmiyyətdə ölüm hallarının 40 faizi ürək-damar xəstəliklərindən baş verir və bunların əsas səbəbi xolesterin və lipid pozğunluğu, dislipidemiyadır. Xüsusilə sadə karbohidratlardan və yüksək doymamış yağlar dediyimiz heyvani yağlarla zəngin bir qidalanmaz tərzi buna səbəb olur. Hiperlipidemiyanın ən çox müşahidə edildiyi yaş qrupu 45-65 yaş arasıdır”.


Aysel

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
medicina.az

1Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh