AZ

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

ABŞ-da

Bakı, 26 aprel, AZƏRTAC

ADA Universitetində keçirilən “COP 29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı beynəlxalq forumda iştirak etmək üçün Bakıya gələn tanınmış cərrah Şapur Ənsari Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Güney Azərbaycandan olan və ABŞ-da yaşayan soydaşımız doktor Şapur Ənsari muzeyin direktoru akademik Rafael Hüseynovla görüşüb söhbət edib. Sonra o, muzeyin ekspozisiyası ilə tanış olub.

Rafael Hüseynov qonağa Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixi haqqında ətraflı məlumat verib. Güneyli soydaşımız muzeyin Xacə Nəsirəddin Tusiyə, xüsusilə doğulduğu Marağa şəhərinin yetirməsi olan görkəmli bəstəkar və şair Əbdülqadir Marağaiyə həsr olunmuş guşələrini böyük maraqla seyr edib.

Qonağı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva müşayiət edib.

Doktor Şapur Ənsari söhbət əsnasında ABŞ-da yaşadığı illər ərzində Güney Azərbaycanda yaşayan soydaşlarımızın milli kimliyi, Azərbaycan xalqının tarixi, ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətində gördüyü işlərdən danışıb. O çıxışının sonunda bu möhtəşəm ədəbiyyat xəzinəsi ilə tanışlığa görə akademik Rafael Hüseynova minnətdarlığını bildirib və özündə bütöv Azərbaycanın ədəbiyyat tarixini əks etdirən Ədəbiyyat Muzeyinin mədəni sərvətlərimizin qorunması və təbliği yolundakı fəaliyyətini alqışlayıb.

Doktor Şapur Ənsari öz məmnunluğunu muzeyin “Rəy kitabı”nda yazdığı ürək sözləri ilə ifadə edib. Görüşün sonunda qonağa Nizami muzeyinin nəşrləri hədiyyə edilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
1
azertag.az

2Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh