Bakı. Trend:
Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu, bizim üçünçox böyük şərəfdir.
Trend xəbər verir ki, bufikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək SəviyyəliSeqmentində çıxışında deyib.
“Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, ocümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərintanınmasıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.