AZ

Elektron tibbi arayışlar necəVERİLƏCƏK?

“Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimində "Rəqəmsal Tibbi Həllər" MMC-nin direktor müavini  Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə məlumat verib. 

 

“E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçmək lazımdır

“İki sahil” xəbər verir ki,  bildirib ki, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün müvafiq proses keçməlidirlər:

"Tibb müəssisəsinə ilkin müraciət

• Laborator analizlərin verilməsi

• Həkim qəbullarından keçmək

• Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi

• Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi."

M.Sadıqzadə əlavə edib ki, istifadəçilər  “E-TABİB” mobil tətbiqi və “kabinet.its.gov.az” veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər. Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
67
5
Mənbələr
Şərh ()
Bağla