AZ

Sağlamlıq haqqında tibbi arayışlar elektron şəkildə veriləcək

İşə qəbul olunanlar və ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər üçün sağlamlıq haqqında arayış, sürücülük vəsiqəsinin əldə edilməsi üçün təqdim edilən sürücülüyə yararlı olmaq haqqında tibbi arayış elektron şəkildə təqdim olunacaq.

 

Avtosfer.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, vətəndaşların elektron tibbi arayışı əldə etmələri üçün keçməli olduqları proses bunlardır:

 

    • Tibb müəssisəsinə ilkin müraciət

    • Laborator analizlərin verilməsi

    • Həkim qəbullarından keçmək

    • Arayışın hazır formasının şəxsi kabinetdən və mobil tətbiqdən əldə edilməsi

    • Təsdiqlənmiş arayışın etibarlılıq müddəti ərzində istənilən müəssisəyə təhvil verilməsi

     

    Daha sonra istifadəçilər “E-TABİB” mobil tətbiqi və //kabinet.its.gov.az/ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

     

    “Şəxsi kabinet”ə daxil olduqdan sonra QR kod vasitəsilə sağlamlıq və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları elektron əldə edə biləcəklər.

     

    Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışın qüvvədə olma müddəti və ümumi məlumatların yoxlayaraq PDF formatı yükləyə biləcəklər.

     

    Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

    Seçilən
    213
    49
    Mənbələr
    Şərh ()
    Bağla