AZ

Ukraynada nazir həbs edildi

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi dövlət torpaqlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən aqrar siyasət və ərzaq naziri Nikolay Solski barəsində həbs qətimkan tədbiri seçib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Vəkillərin 200 milyon qrivna girov müqabilində azadlığa buraxılması tələbi təmin edilməyib. Onun cinayəti sübut edilərsə, naziri 12 ilə qədər həbs gözləyir. 

Aprelin 23-də Ukrayna Milli Antikorrupsiya Bürosu hazırkı nazirin rəhbərlik etdiyi korrupsiya sxeminin iştirakçılarına qarşı ittiham irəli sürüb. Nəticədə məlum olub ki, məmur təxminən 7,3 milyon dollar dəyərində ümumi sahəsi 2493 hektar olan dövlət torpağını zəbt edib. 

Ağarza Elçinoğlu 

Seçilən
47
50
Mənbələr
Şərh ()
Bağla