AZ

İlham Əliyev məcbur edir ki, ermənilər öz minalarını özləri təmizləsinlər!

Ermənistanın Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindəki körpünün bir hissəsi də Azərbaycan tərəfinin nəzarətində olacaq.
 

Modern.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.


Nəşr bildirir ki, dünən səhər saatlarında kənd sakinlərinin bəziləri körpünün üstündə avtomobillərin dayandığını görüblər. Erməni sakinlər ehtimal edirdilər ki, hakimiyyət bu ərazini minalardan təmizləmək və təhlükəsiz şəkildə Azərbaycana təhvil vermək üçün istehkamçıları işə cəlb ediblər.


"Sakinlərdən biri bizə bildirdi ki, kənddən ağır texnika da görünür ki, bu da mövqelərin sökülməsi prosesinə başlandığını sübut edir", - məqalədə qeyd olunur.


Qeyd edək ki, dünən sərhəddə Ermənistan ordusunun hərbi qulluqçusu minatəmizləmə işi zamanı minaya düşüb və ağır yaralanıb. Sözügedən mina Ermənistanın özü tərəfindən basdırılıb.
 

"İlham Əliyev artıq mina xəritələrini tələb etməklə kifayətlənmir, erməniləri məcbur edir ki, öz minalarını özləri təmizləsinlər, təmiz və təhlükəsiz şəkildə ərazini təhvil versinlər”, - məqalədə deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
2
modern.az

3Mənbələr

Şərh (5144)
Bağla
The standard chunk of Lorem Ipsum used since the 1500s is reproduced below for those interested. Sections
2
Cavab yaz
Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry.
0
Cavab yaz
It is a long established fact that a reader will be distracted by the readable content of a page when looking at its layout.
0
Cavab yaz
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit
0
Cavab yaz
Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam, eaque ipsa quae ab illo inventore veritatis et quasi architecto beatae vitae dicta sunt explicabo.
2
Cavab yaz
(48) Daha çox şərh