AZ

Əliyar Ağayev Fatih Terimin komandasının oyununa təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə futbol üzrə Yunanıstan Super Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, azərbaycanlı referi aprelin 28-də baş tutacaq “Panatinaikos” – “Aris” matçına təyinat alıb.

Ağayevə bu görüşdə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək edəcəklər. Digər FIFA referisi Kamal Umudlu isə AVAR-da yer alacaq.

Qeyd edək ki, bu görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, Əliyar Ağayev əvvəllər də dəfələrlə Yunanıstan çempionatının oyunlarına təyinat alıb.

Yeri gəlmişkən qeyd edək ki, “Panatinaikos”a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir. Sözügedən komanda hazırda Yunanıstan Super Liqasında 33 oyuna topladığı 71 xalla 2-ci pillədə qərarlaşıb və lider AEK-dən 4 xal geri qalır. “Aris” isə 49 xalla 5-cidir.

Seçilən
82
10
Mənbələr
Şərh ()
Bağla