AZ

Ağdam Cümə məscidində ilk Azan VERİLİB - VİDEO 

Xəbər verdiyimiz kimi aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov açılış mərasimində iştirak ediblər. 

Bizim.Media xəbər verir ki, artıq məsciddə ilk Azan verilib.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra 2022-ci ilin martından Ağdam Cümə məscidinin bərpasına başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb.

“PAŞA Holdinq” şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti də cəlb olunmuşdu. 

Məscidin bərpadan sonra yeni görüntülərinə dair videoçarx Heydər Əliyev Fondu tərəfindən paylaşılıb.

Həmin görüntüləri təqdim edirik:
 

Bizim.Media
 
Seçilən
11
11
Mənbələr
Şərh ()
Bağla