Nigeriyada güclü yağışın Suleja şəhərində həbsxana binasına ziyan vurmasından sonra ən azı 118 məhbus qaçıb.
KONKRET.az xəxəbr verir ki, bu barədə Nigeriya İslah Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 24-nə keçən gecə bir neçə saat davam edən güclü leysan Suleja İstintaq Təcridxanasına, eləcə də yaxınlıqdakı binalara ziyan vurub. Həbsxana binasının bir hissəsi, o cümlədən ətraf hasarı uçub.
Yaranmış vəziyyətdən istifadə edən 118 məhbus təcridxanadan qaçıb.
Təhlükəsizlik əməkdaşları onların tutulması üçün əməliyyat keçirir. Hazırda 10 nəfər saxlanılıb.
Burhan,
KONKRET.az