Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.
Futbolpress.az xəbər verir ki, o, aprelin 28-də keçiriləcək "Panatinaikos" - "Aris" görüşünü idarə edəcək. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
"Panatinaikos"u türkiyəli məşqçi Fatih Terim çalışdırır. Komanda 32 turdan sonra 71 xalla ikinci sırada qərarlaşıb.