İsrailin Qəzza zolağına hücumları davam edir.
BiG.AZ xəbər verir ki, hücum nəticəsində daha bir jurnalist ölüb.
Bu barədə Qəzza hökuməti məlumat yayıb.
Məlumata əsasən, Fələstin əl-Ən Xəbər Agentliyinin işçisi Məhəmməd Bisam əl-Cəməl İsrailin Rafah şəhərindəki evinə endirilən hava hücumu nəticəsində ölüb.
Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən Qəzza sektorunda öldürülən jurnalistlərin sayı 141-ə çatıb.
BiG.Az