Əliyar Ağayev növbəti dəfə Yunanıstan çempionatının oyununa təyinat alıb.
Msport.az xəbər verir ki, FIFA referisi o, aprelin 28-də baş tutacaq “Panatinaikos” – “Aris” matçını idarə edəcək.
Ona Zeynal Zeynalov və Əkif Əmirəli yardımçı olacaq. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. “Panatinaikos”a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.