AZ

Çili gələn il dünya çempionatını qəbul edəcək

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2025-ci ildə trekdə veloidman üzrə dünya çempionatı Çilinin paytaxtı Santyaqoda keçiriləcək. Bu barədə Beynəlxalq Velosipedçilər İttifaqı məlumat yayıb.

Bir müddət əvvəl çempionatın Argentinanın San-Xuan şəhərində keçiriləcəyi bildirilmişdi. Yerdəyişmənin səbəbləri barədə əlavə məlumat verilmir.

Argentinanın ev sahibliyi anonsu 2022-ci ildə edilmişdi. Yeni məlumata görə, Çildəki dünya çempionatı gələn ilin oktyabrında təşkil ediləcək. Çili Kolumbiyadan sonra çempionatı qəbul edəcək ikinci Cənubi Amerika ölkəsi olacaq.

Xatırladaq ki, veloidmanda dünya çempionatı hər il keçirilir.

Seçilən
37
1

1Mənbələr

Şərh ()
Bağla