AZ

Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin sayı nə qədərdir? - Statistika

Hazırda Macarıstanda 1411 azərbaycanlı tələbə təhsil alır.  Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
 
"Azərbaycan Macarıstanla təhsil sahəsində qarşılıqlı əməkdaşlıq edir. Azərbaycanlı tələbələr Macarıstanda təhsil alması ilə yanaşı, Macarıstandan da tələbələr Azərbaycanda təhsil alır. Bu təhsil sahəsində aparılan önəmli addımlardan biridir. 2024-2026-cı tədris ilində də hər il 400 azərbaycanlı tələbə Macarıstan universitetlərində təhsil ala biləcək”, nazir aprelin 25-də Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı bildirib. 
 
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin ikitərəfli əlaqələr üzrə  dövlət katibi Boglarka İlles isə bildirib ki, Macarıstanın Tələbə Stipendiya proqramında 300 azərbaycanlı tələbə iştirak edir.
 
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı Təqib olunan Xristianlara Yardım və Macarıstana Yardım Proqramının dövlət katibi Tristan Azbej Qarabağda 500 şagirdin təhsil ala biləcəyi məktəbin tikiləcəyini söyləyib. 

Aygün Mirakif 

www.anews.az
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla