Hazırda Macarıstanda 1411 azərbaycanlı tələbə təhsil alır. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin ikitərəfli əlaqələr üzrə dövlət katibi Boglarka İlles isə bildirib ki, Macarıstanın Tələbə Stipendiya proqramında 300 azərbaycanlı tələbə iştirak edir.
Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası zamanı Təqib olunan Xristianlara Yardım və Macarıstana Yardım Proqramının dövlət katibi Tristan Azbej Qarabağda 500 şagirdin təhsil ala biləcəyi məktəbin tikiləcəyini söyləyib.
Aygün Mirakif
www.anews.az