AZ

24 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən həmin daş parçası Ağdam Cümə məscidində

Bakı. Trend:

24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, MinskQrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevətəqdim olunan bir parça daş Ağdam Cümə məscidinə qaytarılıb.

Trend xəbər verir ki, bununla bağlı Heydər Əliyev Fondununsosial şəbəkədəki paylaşımında qeyd edilir.

Məlumatda bildirilir:

"Ağdam Cümə məscidinə aid olan daş parçası işğal dövründə - 9may 2000-ci il tarixində Azərbaycan xalqının ümummilli lideriHeydər Əliyevə təqdim olunmuşdu.

İllər sonra həmin daş parçası bərpadan sonra açılışı olan AğdamCümə məscidinə qaytarılıb".

Xatırladaq ki, Keri Kavano 24 il əvvəl Ağdam Cümə məscidinə aidolan həmin daş parçasını ulu öndər Heydər Əliyevə təqdim edərkən“Bu, Ağdamdakı məsciddən kiçik bir hissədir. Bu, bizim bərpa etməkarzusunda olduğumuz torpağın bir hissəsidir. Ümid edirik ki, oböyük məscidin özü geri qaytarılacaq”, - ifadələriniişlətmişdi.

Seçilən
33
9
Mənbələr
Şərh ()
Bağla